Üzv korporasiya

Member corporation Korporasiyanın əməkdaşı və ya işçisi olan Nyu York Fond Birjasının ən azı bir üzvünün iştirakı ilə korporasiya qismində yaradılan qiymətli kağızlar üzrə broker şirkəti.
Üzv
Üzv şirkət
OBASTAN VİKİ
Korporasiya
Korporasiya termini latın dilində olan "corporatio" – birlik sözündən yaranmışdır. İstənilən cəmiyyətdə müəyyən məqsədlərə çatmaq üçün birliklər yaranır. Bu birliklərə daxil olan subyektlərin öz aralarında və bu subyektlərlə cəmiyyətin digər üzvləri arasında qarşılıqlı əlaqəni yaratmaq üçün müəyyən vasitə olmalıdır. İnformasiya belə bir vasitədir. Hər bir birlikdə olan informasiya həmin birliyi xarakterizə edir. Bundan başqa birliyə daxil olan subyektlər arsında informasiyanın paylanmasına və mübadiləsinə imkan verən bir əlaqə vasitəsinə ehtiyac yaranır. Birliyin subyektləri arasında informasiyanın paylanmasını və mübadiləsini həyata keçirmək üçün dil, kodlaşdırma, şifrləmə və şəbəkə texnologiyaları vasitə kimi istifadə oluna bilər. Korporasiya – subyektlərin ümumi məqsədə çatmaq üçün yaratdığı birlikdir. Korporasiyanın subyektləri arasında informasiya mübadiləsini həyata keçirmək üçün korporasiya daxilində başa düşülən, razılaşdırılmış və mühafizə olunan əlaqə yaradırlar. == Korporasiyanın üç əsas elementi == Korporasiyanın yaradılması üçün üç əsas elementin olması vacibdir.
Üzv
Üzv: canlı orqanizmlərin bir hissəsi : ayaq, əl, burun və s.; hansısa toplumun bir vahidi: təşkilatın və ya bir ictimai toplumun sıravi üzvü: cəmiyyət üzvü, siyasi partiya üzvü, akademiya üzvü, ailə üzvü, parlament və ya bələdiyyə üzvü və s.; bir qayda olaraq həmin təşkilata üzvlük könüllü olduqda bu ifadə işlədilir. ("xalq üzvü" və ya "ordu üzvü" ifadəsi işlədilmir); beynəlxalq təşkilatın könüllü üzvü olan dövlət, (BMT üzvü, NATO üzvü). Üzvlük birlikdən çıxmağı nəzərdə tutmursa ifadə işıədilmi.
Dövlət-korporasiya cinayəti
Dövlət-korporasiya cinayəti — Kramer və Michalowski tərəfindən 1990-cı ildə kriminologiya elminə bəxş edilmiş termin. Kramer və Michalowski-ə görə, dövlət və korporasiyaların birgə törətdikləri cəmiyyətə zərərli və qeyri-qanuni əməllər, habelə, dövlətin üzərinə düşən öhdəlikləri yerinə yetirməməsindən bəhrələnən korporasiyaların törətdikləri cinayətlər dövlət-korporasiya yaxud dövlət-şirkət cinayətləri adlanır. Tənqidi kriminologiyanın bir hissəsi olan bu mövzu olduqca yeni olduğundan bu sahədə çoxsaylı genişmiqyaslı tədqiqatlara ehtiyac var, amma ki, Kramer və Michalowski-nin nəzəriyyəsi yarandığı gündən etibarən bir çox böyük miqyaslı cinayətlərə yeni baxış prizmaları ortaya çıxmaqdadır.
Türkiyənin Avropa Birliyinə üzv olması
Türkiyənin Avropa Birliyinə qəbulu müharibədən sonrakı Avropada ən problemli mövzulardan biridir. Türkiyə Cümhuriyyətinin özündə də AB-yə üzv olmaq məsələsi son onilliklərin mühüm bir ictimai-siyasi, iqtisadi, şəxsiyyət və hətta ideoloji problemidir, baxmayaraq ki, zaman keçdikcə öz kəskinliyini itirir: 2015-ci ilə qədər Türkiyə vətəndaşlarının AB üzvlüyünə dəstək 75 %-dən 20 %-ə endi. Türkiyə 1999-cu ildən bəri AB üzvlüyünə namizəddir. MKİ təsnifatına görə, Türkiyə Avropa Şurasında yeddinci və dünyada on beşinci iqtisadiyyata sahib olan inkişaf etmiş bir ölkədir və Gömrük Birliyi müqaviləsinin qüvvəyə mindiyi gündən bəri AB ilə gömrük birliyinin üzvüdür. 1996-cı ildə Türkiyə və AB. Türkiyə İƏİT-in (1961), ATƏT-in (1971) qurucu üzvlərindən biridir və eyni zamanda 1992-ci ildən bəri Qərbi Avropa Birliyinin köməkçi üzvüdür. Bundan əlavə, Türkiyə, Avropa Birliyi ilə sıx əlaqələri olan Sənaye G20'nin (1999) qurucu üzvüdür. Ölkə eyni zamanda BMT-nin Qərbi Avropa və Digər Ştatların Regional Qrupunun bir hissəsidir. 1949-cu ildən bəri Türkiyə Avropa Şurasının qurucularından biridir və 12 sentyabr 1963-cü ildə imzalanan AİK ilə Türkiyə arasındakı Assosiasiya Sazişi sayəsində, 1964-cü ildən bəri Avropa Birliyi və sələflərinin “ortaq üzvü” olmuşdur. Ölkə rəsmi olaraq 14 aprel 1987-ci ildə üzv olmaq üçün müraciət etdi, lakin 1999 Helsinki zirvəsində namizəd statusu əldə etmək 12 il çəkdi. 17 dekabr 2004-cü ildə Brüsseldəki zirvədən sonra (2004-cü ildəki genişlənmənin ardından), Avropa Şurası, Türkiyənin qoşulması ilə bağlı danışıqların rəsmi tarixini 3 oktyabr 2005-ci ildə elan etdi.
MDB üzv dövlətlərin hökumət başçıları şurası yanında beynəlmiləl döyüşçülərin işləri üzrə komitə
MDB üzv dövlətlərin hökumət başçıları şurası yanında beynəlmiləl döyüşçülərin işləri üzrə komitə və ya MDB beynəlmiləl döyüşçülərin işləri üzrə komitə —MDB üzvü olan dövlətlərin vətəndaşlarının SSRİ dövründə lokal müharibə iştirakçılarının işləri üzrə beynəlxalq koordinasiya şurası.1991-ci ilin avqust ayından rəhbəri Ruslan Auşevdir. == Komitənin məqsəd və vəzifələri == Komitənin Əsasnaməsinə görə əsas fəaliyyət istiqamətləri: müharibə, lokal müharibə veteranlarının və terror qurbanlarının həyat səviyyəsinin yüksəldilməsi; veteran və əlilərin sosial müdafiəsi üzrə hüquqi sənədlərin hazırlanması; dövlətlər arası səviyyədə veteranların iqtisadi, tibbi, hüquqi problemlərinin həll edilməsi; müvafiq kontingentin və onların ailə üzvlərinin tibbi. sosial, əmək, psixoloji reabilitasiyası.